Ru
13:23 / 20 Fevral 2019

Bakı-İstanbul təyyarəsi Ankaraya məcburi eniş etdi

1704
 


"Buta Airways”-ə məxsus təyyarə Türkiyədə məcburi eniş edib.


BakuPost xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesabında məlumat paylaşılıb. 


Qeyd olunub ki, İstanbulun Sabiha Gökçen Hava Limanında (SAW) güclü duman ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa Hava Limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:10-da Ankarada uğurlu eniş edib. 


Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Ankaradan İstanbula yola düşəcək. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər