Bakı Konqres Mərkəzində məzun gecəsi - FOTO

573
Bu gün  Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib.
 
BakuPost.az-ın
 məlumatına görə, təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.
 
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil, Gənclər və İdman nazirliklərinin məsul işçiləri iştirak ediblər.
 
Çoxsaylı məzunların qatıldığı tədbir maraqlı konsert proqramı ilə davam edib.
 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər