Ru
20:29 / 19 Avqust 2019

Bakı metrosu yeni dərs ilindən qış rejiminə keçir

1923
Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı "Bakı Metropoliteni" QSC yeni iş qrafikinə keçir. BakuPost-un məlumatına görə, bunu KİV-ə açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, yeni tədris ili ilə bağlı hazırlıqlar görülür və bəzi yeniliklər gözlənilir: "Yeni tədris ili üçün bizdə payız-qış qrafikinə keçid başlayır. Qatarların hərəkəti daha da sıxlaşdırılacaq və intervallar azalacaq. Bundan əlavə, yaxın günlərdə xəttə iki qatar buraxılacaq. Bu ayın axırına kimi isə daha iki qatar gətiriləcək. Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər