Ru
12:53 / 20 İyul 2019

Bakı polisi jurnalistlərlə birgə reydə çıxdı

2348


Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları
ilə birgə iyulun 19-da jurnalistərin iştirakı ilə ictimai qaydanın qorunması və
ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş
əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.

BŞBPİ-dən Bakupost.az-a verilən məlumata görə, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş
tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş
reportyor qrupları cəlb olunmaqla hüquq pozuntularının profilaktikası, küçə
ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən,
antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən
olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması
və digər hallarla bağlı fəal iş aparılıb.

Əməliyyat və profilaktiki tədbirlər nəticəsində
müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 52 nəfərin yeri müəyyənləşdirilərək
saxlanılıb, küçə ticarəti ilə məşğul olduqlarına görə 259, 30 nəfər avara və
dilənçiliklə məşğul olduqlarına görə, eləcə də xırda xuliqanlıq, xırda talama,
antisanitariya və digər hallar aşkar edilib.

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan
ümumilikdə 1102, o cümlədən kobud qayda pozuntusuna yol verən 717 sürücü barəsində
İXM-nin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub,
çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan
olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik
edilən, avtomaşını sərxoş halda idarə edən sürücülər, avtoxuliqan və yolu müəyyən
olunmayan yerdən keçən piyadalar müəyyən ediliblər.



Aşkarlanan hər bir hüquqazidd əmələ görə
qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb. Əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə
tədbirləri çərçivəsində ictimai təhlükəsizlik idarə və şöbələrinin, post
patrul, yol polisi və digər xidmətlərin əməkdaşları ilə birgə KİV nümayəndələri
vətəndaşlarla fərdi profilaktik söhbətlər aparıb, şəhər sakinlərinin məsuliyyət
hissinin artırılması, hüquqi düşüncənin formalaşması istiqamətində tövsiyələr
veriblər.


Məlumatda bildirilir ki, paytaxtda xidmətin nümunəvi təşkili və
aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən
etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər