Bakı sakini polisə müraciət etdi - Müəllimlər oğlundan pul istəyib

906
Bakıda valideyn məktəbdə övladından pul istənilməsinə görə hüquq-mühafizə orqanlarına müraciət edib.


Bakı sakini olan qadın Xətai rayonu üzrə hüquq-mühafizə orqanlarına ünvanladığı ərizədə bildirib ki, iyunun 6-da 9-cu sinifdə oxuyan oğlundan təhsil aldığı 171 saylı məktəbin müəllimləri tərəfindən pul istənilib. O, oğlu pul vermədiyinə görə övladının psixoloji təzyiqlərə məruz qaldığını, eləcə də özünün təhqir olunduğunu bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. (Report)


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər