Ru
16:23 / 15 İyul 2019

Bakı – Süleymaniyə aviareysi ləğv edildi

1845
İyulun 15-də həyata keçirilməli olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib.


Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda verilən məlumata görə, "Iraqi Airways” aviaşirkətinin yerli vaxtla saat 19:00-da "IA 429” saylı Süleymaniyədən Bakıya uçuşu ləğv olunub. Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 20:00-da Bakıdan Süleymaniyə istiqamətində "IA 430” saylı reysi də ləğv edilib. Aviareyslər "Boeing 737-300” təyyarəsi ilə həyata keçirilməli idi.


Süleymaniyə-Bakı-Süleymaniyə aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.

(AzərTAc)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər