Oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilir.
Bu barədə BakuPost.az-a "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
O qeyd edib ki, Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, 16 oktyabr 2017-ci ildən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci il tarixdə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.
2017-ci il üçün BAKI-SUMQAYIT-BAKI ELEKTRİK QATARLARININ (07.01.2017-ci il tarixdə təsdiq olunmuş) HƏRƏKƏT CƏDVƏLİ