Ru
12:46 / 09 Oktyabr 2021

Bakı zooparkı ziyarətçilər üçün açıldı: qiymətlər, qaydalar...

222449
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərə açıb.

Bakupost.az xəbər verir ki, parkın ilk ziyarətçiləri internat evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub.

Parkın icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə bildirib ki, burada kassalar hər gün səhər saat 10-dan axşam 17:30-a kimi açıq olacaq. Onun sözlərinə görə, bu gün isə kassalar 15:00-dan açılacaq. Biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. Həmçinin 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər.

İcraçı direktor əlavə edib ki, zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq:

"Ümumiyyətlə, zooparkın ərazisi iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb. Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Zooparkda "Qırmızı kitab"a düşən heyvan növləri də var. Nəsli kəsilməkdə olan heyvanların çoxaldılması və təbiətə buraxılması üçün gələcəkdə layihələr olacaq".


Şərhlər
  • Tahir Musayev

    11noybr taarixdə,iş saatı haqda məlumat verməyinizi xahiş edirəm.

  • Cəmilə

    Ünvanı və iş saatını qeyd edərdiniz

  • Quliyev Lətif

    Abşeron rayonu Saray qəsəbəsində fərdi həyətdə 7əd. tülkü məskən salıb, qonşu toyuqlarının parçalayıb həyətə gətirirlər. Nə məsləhət edə bilərsiz .

  • Seyid

    Bayram günləri Zoopark açilir?

  • Seva

    Marwurut hansi gelir ora

  • Huseynov elmir gelmek isdyrem zoparkiniza

    Goresen butun hevanlar var?

  • Aysel Cəfərova

    Bayram günləri 2-3 may orucluq bayramında işləyəcək, zoopark??

  • Vasif Qədirov

    Bazar günü istəyir?

  • Bahadur Abbasov

    Bu zoopark hansı tərəfdədir. Bazar günü isleyir

  • Gunel Esedzade

    Salam,Genclik stansiyasindan Zooparka hansi nomreli marsurutla gele bilerem?

  • Xəlilzadə Ceyhun

    Salam sizinlə əlaqə saxlamağ istəyirəm ona görə ki məndə quzğun var böyütdü onu satmağa istəyirəm xaiş edirəm əlaqə saxlayasiz 0505161303

  • Pərvanə

    Salam bazar günləri zoopark işləyir?

  • Yusifov Yusif

    Bakı

  • Anna

    Abseron

  • Malik

    Smqayit şəhər

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar