Ru
15:19 / 21 Avqust 2019

Bakıda 15 yaşlı qız itkin düşdü

4703
Bakıda 15 yaşlı qız itkin düşüb.


Ötən gün Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı ötən gecə saat 24 radələrində evdən çıxaraq bir daha geri dönməyib.


İtkin düşən qızın atası Trend-ə açıqlamasında bildirib ki, qohumlarının dediyinə əsasən, Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək aparıb:


"Qızım son 10 gün idi ki, tam başqa həyat tərzi sürürdü. O saatlarla hansısa bir şəxslə telefonla danışırdı. Ötən gecə isə xəlvəti şəkildə çıxaraq gedib. O evin yaxınlığında avtomobilə əyləşərkən qohumlarımdan birinə rast gəlib. Qohumum ona yaxınlaşsa da, Elnarə öz kimliyini gözlədib".


V.Əliyev qeyd edib ki, o baş vermiş hadisə ilə bağlı polisə müraciət edərək qızının telefonla kiminlə danışmasını da araşdırıb.


"Qızım itəndən sonra Sabunçi rayon 12-ci polis bölməsinə müraciət etdik. Elnarə mənim nömrəmdən əlavə, naməlum 3 nömrə ilə dəfələrlə əlaqə saxlayıb".


Elnarənin atası əlavə edib ki, onun ailəsi çox yüksək əxlaq və tərbiyəyə malikdir, belə bir hal ilk dəfədir ki baş verir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər