Ru
14:26 / 17 İyul 2019

Bakıda aksiya keçirən müsavatçılar saxlanıldı

2002
 

İyunun 17-də Müsavat Partiyasının Gənclər Təşkilatı (MGT) İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib.


Aksiya iştirakçılarından Nigar Həzi bildirib ki, Müsavat başqanının müavini Razim Əmiraslanlı, Divan üzvü Tofiq Yaqublu, Gənclər Təşkilatından Rəhim Yaqublu, Ayxan Hacıbəyli, Əziz Məmiyev, Qədir Nağıyev, Suraxanı təşkilatının sədri Ərzulla Buludlu, Səbail rayon təşkilatının sədri Zakir İsmayıl polis tərəfindən saxlanılıb.


"Bu gün keçirilən piketdə əsas tələb İranda həbs edilən soydaşlarımızın azad edilməsi idi. Bundan başqa, İranla Ermənistan arasında silah mübadiləsinə qarşı idi. Piketi metronun "İçərişəhər" stansiyasının qarşısından səfirlik önünə qədər davam etdirməyi düşünürdük. Ancaq buna polislər imkan vermədi. Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Elman Quliyevdən isə saat 11-dən əlaqə qura bilmirik. Böyük ehtimalla həbs edilib", - Nigar Həzi deyib. 


Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyası Gənclər Təşkilatının (MGT) İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında piket keçirməsinə icazə verməyib. (Toplum Tv)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər