Bakıda bölmə rəisinin müavini ölkəni tərk edərkən SAXLANILDI

967
 
Bakıda vəzifəli polis zabiti ölkədən qaçarkən saxlanılıb.

BakuPost Criminal.az-a istinadən xəbər verir ki, Sabunçu rayon 13-cü Polis bölməsinin rəis müavini, polis mayoru Mehman Əsədov hava limanında yaxalanıb. Onunla yaxın münasibətdə olan Aygün adlı qadın isə axtarışa verilib. 

İlkin məlumata görə, Aygün adlı şəxs xeyli vətəndaşa pensiya düzəltmək adı ilə pullarını mənimsəyib. M.Əsədovun da həmin işlə bağlılığı olduğu üzə çıxıb. 

13-cü polis bölməsindən bildirildi ki, M.Əsədov bir müddət əvvəl müavin vəzifəsindən uzaqlaşdırılıb. Ölkədən getməsi üçün viza hazırlayırmış. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər