Ru
11:40 / 19 Avqust 2019

Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub - FOTOLAR

2900
Bakıda iki orta məktəbin 11 a və 11 b siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olub.


Bakı şəhəri üzrə Təhsil İdarəsindən Bakupost-a verilən məlumata görə, 13 nömrəli tam orta məktəbin 11 A sinfini bitirən 22 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb.


Məzunlardan 8 nəfəri 500-dən yuxarı, 2 nəfəri isə 600-dən yuxarı bal toplayıb.


314 nömrəli tam orta məktəbin humanitar təmayüllü 11 B sinfini bitirən 22 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.


Məzunlardan 21-i III qrup üzrə, 1-i isə V qrup üzrə qəbul imtahanlarında uğur qazanıb.


Məzunlardan 2 nəfəri 500-dən yuxarı, 20 nəfəri isə 200-500 bal arası nəticə göstərib.

Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub -  FOTOLAR
Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub -  FOTOLAR
Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər