Ru
22:42 / 17 Yanvar 2019

Bakıda güclü küləyin törətdiyi fəsadlar - FOTOLAR

2800
 

Bakıda güclü külək bir sıra fəsadlar törədib.


BakuPost "Report"a istinadən xəbər verir ki, paytaxtın güclü külək bəzi yerlərdə işıq dirəklərini, reklam lövhələrini aşırıb, habelə ağacları kökündən qoparıb. Bir sıra yerlərdə ağaclar avtomobillərin üstünə aşıb. 


Kəskin hava şəraiti hətta bəzi yerlərdə yol qəzalarına da səbəb olub. Belə ki, nəqliyyat vasitələri idarəetmədən çıxaraq aşıb. Külək bir sıra yerlərdə evlərin damını qoparıb.


Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Açıq dənizdə dalğanın maksimal hündürlüyü 9,3 metrə çatıb. 

 

Bakıda güclü küləyin törətdiyi fəsadlar -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər