Bakıda iki nəfəri öldürən polis əməkdaşına bəraət verildi - Ramil Usubovun cangüdəni olub

1453
 
Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olmaqda ittiham edilən polis serjantı Xəyal Məmmədovun məhkəmə bitib.

Bakupost.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə X. Məmmədova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Xatırladaq ki, ötən il iyunun 12-də Bakının Binəqədi qəsəbəsində "Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford”un sürücüsü Orxan Orucov və sərnişini Rahib Əliyev ölüb.

Qəza baş verən zaman "Range Rover”in sükanı arxasında olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. 
  
Onu da qeyd edək ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadədə uzun müddət sabiq daxili işlər naziri Ramil Usubovun cangüdəni olduğunu bildirib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər