Ru
13:45 / 18 İyul 2019

Bakıda əcnəbi iş adamına qarşı dələduzluq edildi

1417
Bakıda İraq vətəndaşına qarşı dələduzluq edilib.


Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan, İraq vətəndaşı Balo Hasan Younus Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edib.


O müraciətində bildirib ki, 2018-ci ildə "Al Şhimal” adlı su filtrlərinin satışı ilə məşğul olan şirkət yaradıb. Şirkətin vergi borclarının ödənilməsi ilə bağlı tanışı Xəzər rayon, Şüvəlan qəsəbə sakini Cəmil Şirinova 6500 ABŞ dolları verib. 


Lakin C. Şirinov ona qarşı dələduzluq edərək pulunu mənimsəyib.


Faktla bağlı araşdırma aparılır. 

(apa)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər