Bu gün Suraxanı rayonu ərazisində aksiya keçirilib.
BakuPost xəbər verir ki, Yeni Suraxanı, 14 iyul küçəsində yaşayanlar yolu bağlayıblar. Aksiyaya səbəb ərazidə kanalizasiya xəttinin olmaması, bununla bağlı aidiyyəti qurumlara edilən müraciətlərə məhəl qoyulmamasıdır.
Sakinlər bildirib ki, yerli icra orqanları onların səsini eşitməsə, aeroport yolunu bağlayacaqlar.
Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı BakuPost-a bildirib ki, həmin ərazi yeni kanalizasiya xətti çəkilən ərazidədir və hazırda orada işlər gedir:
"Bu gün bizim əməkdaşımız da sözügedən ərazidə olub və nəzərdə tutulan yeni kanalizasiya xətti layihəmiz var ki, həmin küçəni də əhatə edəcək. Bu ərazilər üçün 14.5 km uzunluğunda nəzərdə tutulan yeni xətt çəkilməsi planlaşdırılır. İşlərə artıq başlanılıb və ərazidəki ətraf küçələrdə daxil olmaqla 14 iyul küçəsini də əhatə edəcək. Yeni iliin ilk ayı layihə artıq yekunlaşacaq".
Görüntülərdən də aydın olur ki, sakinlər onlardan hər ay kanalizasiya xətti üçün 50 qəpik pul alındığını və bunun üçün çeklərinin olduğunu bildirib.
Qurumun rəsmisi bildirib ki, fərdi və ya dövlət tərəfindən çəkilməyən kanalizasiya xəttinə görə heç bir vətəndaşdan pul alına bilməz:
"Sakinlərə verilən bildirişdə xidmətlərin qiyməti ayrı-ayrı qeyd olunur. Hər bir vətəndaş bildirişdə bunu görür. Əgər səhv varsa vətəndaş gəlib müraciət edir və çek həmin günü ləğv olunur. Belə yalnışlıqlara tərəfimizdən rast gəlinib. Hansı ki, kanalizasiya xətti olmayan yerdə ödənişi alınıb".
Hadisə yerindən çəkilən videonu təqdim edirik: