Ru
13:55 / 17 İyul 2019

Bakıda kriminal avtoriteti öldürənlərin tutulma anı - VİDEO

2073


Bakıda kriminal avtoritet Mübariz Budaqlını qətlə yetirən şəxslərin saxlanılma anının görüntüləri yayılıb.


Video "Instagram” sosial şəbəkəsində paylaşılıb.


Xatırladaq ki, iyunun 7-də Rəsulzadə qəsəbəsi ərazisində, "Favorit” supermarketinin yanında 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid "Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.


Qətli törədən T.Cəlalov və S.Hüseynov 10-GD-021 qeydiyyat nişanlı "BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər