Bakıda kürəkən qayınanasını bu hala saldı - FOTOLAR

  • 20:04
  • 1387 Baxış
Bakıda  kürəkən qayınanasını bu hala saldı -  FOTOLAR
Xəzər Rayonu, Buzovna qəsəbəsi, Ç.Müsafayev küçəsində G.Abdullayevin kürəkəni, Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə daxil olan məlumat Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırılır.

 

BakuPost-un məlumatına görə, bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qohumlar arasında yaranan mübahisənin xüsusatları ilə bağlı həmin şəxslərin izahatları alınıb. Toplanan materiallar əsasında E.Bayramov şübhəli şəxs qisimində saxlanılıb.

 

İzahatında E.Bayramov qeyd edir ki, avqustun 21-də günorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra qayınanası G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evinə gəldiyini bildirib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb. Bundan əsəbiləşən E.Bayramov onların yaşadığı ünvana gedərək onlara fiziki təzyiq göstərərək xəsarət yetirib.

 

 

Tərəflərin arasında yaranan mübahisə ilə bağlı müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Əmələ hüquqi qiymət verilməsi üçün materiallar toplanılmaqla, xəsarətlərin dərəcəsinin təyin olunması üçün ekspertiza təyin olunub.  

 








Bakıda  kürəkən qayınanasını bu hala saldı -  FOTOLAR
Bakıda  kürəkən qayınanasını bu hala saldı -  FOTOLAR
Bakıda  kürəkən qayınanasını bu hala saldı -  FOTOLAR