Ru
14:08 / 24 İyun 2019

Bakıda PERFORMANCE adlı rəsm sərgisi keçirilib

3889
 

Dünən Azərbaycan Milli İncəsənət Muzeyində KamART İncəsənət qalareyasının dərnək üzvlərinin 2018-2019 cu tədris ili ərzində görülən yaradıcılıq işlərindən ibarət PERFORMANCE adlı rəsm hesabat sərgisi keçirilib.

 

Sərgidə kağız, kətan və ipək üzərində işlənmiş təsviri sənətin müxtəlif janr və texnikalarında olan 33 iştirakçının 150 yaxın müxtəlif mövzuları əhatə edən rəsm əsərləri nümayiş olunub. Sərgidə Rəssamlar ittifaqının katibi, xalq rəssamı Ağali İbrahimov, xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev iştirak edib. Sərginin keçirilməsində məqsəd uşaq və gənclərin yaradıcı qabiliyyıtini inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi tərənnüm etmək istedadlı intellektual uşaqları üzə çıxartmaqdır.

 

Sonda iştirakçılar qiymətləndirilib. Dərnək üzlərinə diplom və hədiyyələr verilib.

 

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər