Ru
15:26 / 17 İyul 2019

Bakıda qadının mənzilinə soxulub soyğunçuluq edən gənclərə AĞIR CƏZA

2629

Bakıda mənzilə basqın etməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Ələddin Muradov, 1991-ci il təvəllüdlü Orxan Məmmədov və 1992-ci il təvəllüdlü Şamxal Həsənovun məhkəməsi bitib.


Bakupost.az-ın görə, hakim Samir Əliyevin sədrliyi ilə prosesdə Ələddin Muradov və Orxan Məmmədov evə oğurluğa getdiklərini etiraf ediblər. Amma evdən 11 min 376 manat pul götürmədiklərini, həmçinin, mənzil sahibinə xəsarət yetirmədiklərini deyiblər.


Təqsirləndirilən Şamxal Həsənov isə ifadəsində deyib ki, özünü sadəcə hadisəni bilib xəbər verməməkdə günahkar hesab edir: "Mən nə evə getmişəm, nə də başqa iş görmüşəm. Müstəntiq dedi ki, sən də bunlarla birlikdə içəri gedəcəksən".


Hökmə əsasən Ələddin Muradovun 13 il 6 ay Orxan Məmmədovun 13 il, Şamxal Həsənovun isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, ittihama görə təqsirləndirilən şəxslər Dilarə Əhmədovanın evinə basqın ediblər. Dilarə Əhmədovaya fiziki güc tətbiq ediblər. Ona bədən xəsarətləri yetirərək mənzildən 11 min 376 manatlıq oğurluq ediblər. Əsasən qızıl-zinət əşyaları ələ keçirilib.


Onlara Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə) maddəsi ilə ittiham irəli sürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər