Ru
14:54 / 13 Fevral 2023

“Bakıda təhvil-təslim aktı olmayan yüzlərlə bina var” - Natiq Cəfərli

“Bakıda təhvil-təslim aktı olmayan yüzlərlə bina var” - Natiq Cəfərli
Eye

“Azərbaycanda qanunla binalar yoxlanılandan sonra təhvil verilməlidir. Əgər vaxtında bu yoxlamalar normal keçirilibsə, korrupsiya və rüşvət olmayıbsa, hər şey qaydasında olmalıdır. Amma şübhəsiz ki, bu məsələdə də qanunsuluğa yol verilib. Hətta Azərbaycan reallığını nəzərə alsaq, əlavə yoxlamalar olacağı təqdirdə düşünmürəm ki, vəziyyət düzələ bilər. Çünki bu iş yenə də həmin qurumlara tapşırılarsa, onlar məsələni eyni qaydada – rüşvət və korrupsiya yolu ilə həll edəcəklər. Yoxlama qərarının heç bir praktiki əhəmiyyəti olmayacaq”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, təkcə Bakıda təhvil-təslim aktı olmayan yüzlərlə bina var ki, illərdir vətəndaşlar orada yaşayır, dövlətə kommunal xidmətlərə görə ödəniş edir:

"Yəni, zatən dövlət o insanların yaşadığı yerə mülkiyyət hüququnu dolayısı ilə - xidmət göstərib pul almaqlaə tanıyıb. Amma bina təhvil verilməyib deyə onlar "kupça" ala bilmirlər. Yaxşı, bina yaşamaq üçün yararsız olduğu üçün akt verilmirsə, insanlar niyə orda yaşayır, yaşamaq üçün yararlıdırsa, niyə onlara təhvil-təslim aktı verilmir?! Bina tikənlər rüşvət vermirlər deyəmi aktı ala bilmirlər? Yoxsa səbəb başqadır? ”.

Sevinc
BakuPost

Şərhlər
  • Ramin

    Bineqedi rayonu, Ziya Bunyadov prospekti, Ceyhun Hacibeyli kucesi, bina 64-de qezali veziyyetdedir, ucma tehlukesi var. Ipek Yolu restoraninin arxasindaki binadir.

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar