Ru
20:17 / 20 Fevral 2019

Bakıda Xəzərlə bağlı razılaşma

3026
19-20 fevral 2019-cu
il tarixlərində Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi
Qrupun (YSİQ) birinci iclası keçirilib. BakuPost-un Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri - X.A.Xələfov),
İran İslam Respublikasının (rəhbəri - R. Nəzər Ahari), Qazaxıstan
Respublikasının (rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri -
I.B.Bratçikov) və Türkmənistanın (rəhbəri – M.G.Atacanov) nümayəndə heyətləri
iştirak ediblər.   Tərəflər Xəzər dənizi
məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün Prosedur qaydalarını qəbul
etdilər.   Tərflər Beşinci Xəzər
sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə
fikir mübadiləsini apardılar, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərini
nəzərdən keçirdilər, eləcə də imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların
yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında
Konvensiyanın ratifikasiya prosesi barədə məlumat verdilər.   Xəzər dənizində düz
çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları
müzakirə olundu. Layihənin bir sıra müddəaları razılaşdırıldı. Bu sənədin
müzakirəsi davam etdiriləcəkdir.   Nümayəndə heyətləri
danışıqların nəticələrini müsbət qiymətləndirdilər və ilk görüşün yüksək səviyyədə
təşkil edilməsi üçün Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını
bildirdilər.   Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti
iclası 2019-cu ilin aprelində Qazaxıstan Respublikasında keçiriləcəkdir.    
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər