Bakıda yuxulu sürücü görün nə etdi - VİDEO

303
Bakıda baş verən qəza anı təhlükəsiz şəhər kameralarına düşüb.

Bakupost avtosfer.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində ("Kukla teatrı"nın yanı) hərəkətdə olan "Mercedes" markalı avtomobil qəfildən idarəetməni itirir və yolun kənarında park etmiş digər maşına çırpılır. Qəzanın araşdırılması zamanı sürücünün sükan arxasında yuxuladığı məlum olub.

Hadisə gecə saatlarında baş verib. Görünür ki, uzaq yoldan gələn sürücü yorğunluqdan sükan arxasında yatıb. Onun sərxoş olduğu da üzə çıxıb. Videoda sonuncu kadrlara diqqətlə baxın. Sürücü birinci maneədən yayınsa da, ikinci cəhdi uğursuz alınır və qəza baş verir.


Odur ki, daim sürücülərə tövsiyə olunur ki, spirtli içkinin təsiri altında və ya yorğun vəziyyətdə avtomobil idarə etməsinlər. Sükan arxasında yuxu hiss etdikdə mütləq avtomobili kənara çəkib dincəlsinlər. Bu dəfə sürücünün həyatı xilas oldu. Amma daha ağır nəticələr də baş verə bilər.
 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər