Ru
14:59 / 18 İyul 2019

Bakıdan İstanbula gedən sərnişin avtobusunda yanğın - FOTOLAR

1778
Hacıqabul rayonunda Türkiyənin "Alpar" turizm şirkətinə məxsus avtobusada yanğın baş verib.


Hadisə Bakı-Qazax magistralının rayonun Padar Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Türkiyə vətəndaşı 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu "Mercedes" markalı avtobusla Bakıdan İstanbula hərəkətdə olarkən qəfildən yanğın olub.


Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Avtobus Bakıdan İstanbula gedirmiş. Hadisədən sonra avtobusda yaranan nasazlıq səbəbi ilə sərnişinlər digər avtobusla yola salınıblar.


Fakt araşdırılır.


(report)
Bakıdan İstanbula gedən sərnişin avtobusunda yanğın -  FOTOLAR
Bakıdan İstanbula gedən sərnişin avtobusunda yanğın -  FOTOLAR
Bakıdan İstanbula gedən sərnişin avtobusunda yanğın -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər