Ru
17:02 / 05 Mart 2019

Bakının mərkəzindəki "çay evi"ndə striptiz klub - YENİLƏNİB

8444

 

 

"Elita Klub"un idarəçisi BakuPost-la əlaqə saxlayıb və bildirib ki, şikayətdə qeyd edilən problemlərin heç biri uzun müddətdir yoxdur: "Biz klubu yeni götürmüşük və əvvəlki komanda tamam dəyişib. Artıq klubun konseptini də dəyişmişik. Burada yaydığınız videodakı kimi əyləncələr təşkil edilmir. Səs məsələsini də həll eləmişik, yuxarı mərtəbələr heç, hətta binanın ikinci mərtəbəsinə belə səs keçmir".

 

Administrator bildirib ki, klubdan şikayət edən qonşuların obyektin sahibi ilə problemləri olub: "Bəzi qonşuların obyekt sahibi ilə problemi olub. Ona görə də ortaya belə şikayətlər çıxıb. Ancaq biz buranı yeni götürmüşük və qeyd elədiyiniz problemlərin heç biri artıq mövcud deyil. Buyurub, gəlib özünüz də yaxından tanış ola bilərsiniz" deyə, o qeyd edib. 


* * * 

13:42


Bakının Nəsimi rayonunun bir qrup sakini yaşadıqları
ərazidəki fəaliyət göstərən klubdan şikayətçidir.


Sakinlərdən Bakupost.az-a daxil olan müraciətdə
bildirilir ki, Nəsimi rayonu, Azadlıq prospekti 64 fəaliyyət göstərən klub illərdir
binada yaşayanları narahat etsə də, dövlət qurumları bu barədə heç bir tədbir
görmür.

  

Sakinlər deyir ki, yaşadıqları binanın
altında fəaliyyət göstərən "Elita klub” səs effektləri ilə ətrafda yaşayan hər
kəsi narahat edir: "Heç kəs bunlarla bacara bilmir. Hər yerə şikayət eləmişik, icra hakimiyyətinə, polis idarəsinə, 102 "Qaynar
xətt”inə. Hər bir qonşu hər axşam harasa zəng edib, şikayət edir, amma heç bir
xeyri yoxur”.


Şikayətçilər deyir ki, klub Nəsimi
polisi ilə üzbəüz yerləşsə də, oradakı qanunsuzluqla heç kim məşğul olmur.


Sakinlərin sözlərinə
görə, dəfələrlə polis əməkdaşları şikayət əsasında həmin ərazidə olublar, lakin
hər dəfəsində "gözdən pərdə asmaq üçün” hansısa protokol tərtib olunub: "Ardı-arası
kəsilməyən səs-küy polisin görünməsi ilə bir neçə saatlıq dayanır. Polislər
getdikdən sonra isə yenidən eyni şey başlayır”.


Davamlı
şikayətlərdən sonra polisdən sakinlərə qeyri-rəsmi şəkildə bildirilib ki, onlar
obyekt sahibləri ilə bacarmır, icra hakimiyyətinə müraciət etsinlər.


Şikayətdə bildirilir ki, 9 ilə yaxındır
davam edən problemlə barədə heç bir ölçü götürülməyib. Sakinlərin şikayətləri əsasında
"çay evi” 5-6 dəfə bağlansa da, yenidən icarəyə verilib və analoji hal davam
edib.


Sakinlər deyir ki, ötən il Bakı Şəhər Baş Polis
İdarəsinə yazdıqları şikayətdən sonra BŞBPİ adıçəkilən obyektin təyinatının dəyişdirilməsi
üçün müvafiq dövlət qurumlarına müraciət edib və sakinləri narahat edən
problemin aradan qaldırılması üçün Nəsimi polisinə tapşırıb verib, lakin
bununla belə, problem hələ də həllini tapmayıb.




Çay evi kimi fəaliyyət göstərdiyi bildirilən
obyekt isə aşağıdakı videodan da göründüyü kimi heç də sadəcə çay evi deyil. Bura
daha çox striptiz klub kimi fəaliyyət göstərir. Şəhərin mərkəzində sakinlərin
davamlı şikayətinə rəğmən striptiz klubla bağlı heç bir ölçünün götürülməməsinin
səbəbi isə çox maraqlıdır.

 


Bakının mərkəzindəki "çay evi"ndə striptiz klub -   YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər