Ru
16:52 / 18 İyul 2019

Barda tanışdığı 21 yaşlı Ayseli öldürdü - 18 İL HƏBS

2148
 

Abşeronda oteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin məhkəməsi bitib. 

 

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə N.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 4 ilinin qapalı rejimli həbsxanada çəkəcək. 

 

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən "Oskar" otelində baş verib.

 

"Oskar" otelində 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

 

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub.

 

Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.

 

N.Əliyev qaçsa da, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

 

Ona Cinayət Məcəlləsinin 120.2.11 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər