Ru
15:23 / 01 Dekabr 2018

Baş redaktordan PA rəsmisinə ağır ittihamlar - “Prezidenti və dövləti aldadırlar”

7331
"Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar”.

 

BakuPost xəbər verir ki, bu sözləri "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə yazıb.


Baş redaktorun bəhs etdiyi biabırçılıq isə Ankarada baş verib. R.Arifoğlunun açıqlamasından belə məlum olur ki, kimlərsə növbəti dəfə pul "yumaq” üçün  bir qrup media nümayəndəsini beynəlxalq konfrans adı ilə Ankaraya aparıb. Tədbirin keçirildiyi zalda isə demək olar ki, Bakıdan gedənlərdən savayı heç kim olmayıb. Yəni, özləri deyib, özləri eşidiblər. Rauf Arifoğlu da haqlı olaraq sual edir ki, yalnız Azərbaycan mediasının nümayəndələrinin iştirak etdiyi bir tədbirin Bakıda deyil, Ankarada keçirilməsi kimlərin planı olub və nəyə xidmət edib?


Baş redaktor həmin açıqlamasında bildirir:


"Ankarada bizi bir tədbirə apardılar. Nəymiş, əfəndim?


"Türkiyə – Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda konfrans idi.


Təşkilatçılara bir baxın: AK Parti iqtidarına bağlı olan Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vəqfi! Onlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)!


Mövzu və təşkilatçıların adları möhtəşəm, tədbir biabırçı. Zal bomboş, Türkiyə mediası yox!


Bakıdan gedən 15 media rəhbərini bəlkə də zalı bir az da olsun, dolu göstərmək üçün dəvət etmişdilər. Bizdən başqa zalda 10-12 adam olardı…


Təsəvvür edin, Musa Qasımlı danışır, bizsə onu dinləmək zorunda idik…


İşgəncə kimi bir şey…


Kimi aldadırıq? Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM-çı Cavid Vəliyevi dinləməliyəm?


O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır!


SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar.


Və bizə də bir üzr borcludurlar…


Fotolarda: zal, konfrans və biz..”

 

2mu

3mu

4mu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər