Başqa kişiylə telefon danışan xalası qızını öldürdü - AĞIR CƏZA

675
 
Hacıqabulda xalası qızını öldürməkdə təqsirləndirilən Ayəddin İsmayılzadənin məhkəməsi davam edib.

Bakupost.az-ın məlumatına görə, ittihama görə, A. İsmayılzadə sevgi münasibətlərində olduğu xalası qızı Məlikli Rəvanə Məlikağa qızının gizli olaraq başqa şəxslə telefonla danışdığı, ona xəyanət etməsindən şübhələndiyi üçün  qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlib. 

Bu səbəbdən xalası qızının müvəqqəti yaşadığı nənəsigilə gəlib. A. İsmayılzadə evin yataq otağında Rəvanə Məlikli ilə söhbət edərkən onu qəflətən əlləri ilə boğmağa başlayıb, daha sonra isə mətbəxdən götürdüyü bıçaqla ona zərbələr vuraraq xüsusi amansızlıq qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. İsmayılzadə 17 il müddətə azadlıqdan məhrum edilib. 

Qərarla razılaşmayan təqsirləndirilən şəxs və ölən şəxsin hüquqi varisi apelyasiya şikayəti verib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarına əsasən hər iki tərəfin şikayəti dəyişməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər