Ru
10:55 / 13 İyun 2024

Bayramda harada və necə dincələk? – Rayonlarda od tutan qiymətlər

Bayramda harada və necə dincələk? – Rayonlarda od tutan qiymətlər
5796

Azərbaycanda 5 günlük bayram tətili yaxınlaşır. Belə ki, Qurban bayramı ilə əlaqədar 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir. Tətil günlərində bir çoxumuz rayona üz tutur, dincəlməyə çalışırıq. Lakin rayonlardakı istirahət mərkəzləri, restoranlar, hotellər, günlük evlərdə qiymətlər heç də ucuz deyil. Hətta adi günlərlə müqayisədə qiymətlərin daha da artdığı müşahidə olunur.




Məsələ ilə bağlı Bakupost.az –a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, bayram günlərində rayonlara səfər edənlərin sayı artdığı üçün qiymət artımı müşahidə olunur.

Onun sözlərinə görə, tələb artdıqca qiymət də qalxır:

"Yüksək qiymətlərdən müəyyən qədər yayınmaq üçün səyahətləri əvvəlcədən planlaşdırmaq, rezervasiyanı öncədən etmək daha əlverişlidir. Bu, yalnız ölkə daxilində deyil, xaricə uçuşlarda da qiymətlərə təsir edir. Səyahətin öncədən planlaşdırılması bir çox xərcləri azaldır. Bundan başqa, hər il regionlarda dincəlmək üçün yeni yerlər açılır. Bunların çox az qismi hotellərdir. Böyük əksəriyyəti kənd evləri, villalardır. Hətta sakinlərin özləri evlərini müəyyən standartlara uyğunlaşdıraraq turistlərə təklif edirlər. O zaman qiymətlər daha münasib olur. Biz buna da tələbatın olduğunu görürük. Çünki ailə ilə, qrup şəklində getdikdə hoteldə 1 otaqda qalmaq olmur. Ona görə də evlərə üstünlük verirlər”.

Aygün Nəbiyeva
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar