Ru
14:04 / 15 İyul 2019

- Maşın yol keçən uşağı vurub öldürdü Bədbəxt hadisə

2510
Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakupost-a verilən məlumata görə, dünən saat 22 radələrində Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Çaylı kənd sakini E.Qocayev idarə etdiyi "VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini – 12 yaşlı Məhəmməd Aqqıraxlını vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Qazax Rayon Polis Şöbəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər