Ru
18:57 / 21 İyul 2019

Bərdə bazarında yanğın - FOTO / VİDEO

2267

Gecə saat 03:00 radələrində Bərdə rayonunda "Köhnə bazar" adlanan ərazidə güclü yanğın olub.


Bakupost "Report"a istinadən xəbər verir ki,  nəticədə qalayçı dükanı, mebel və məişət avadanlıqları satılan 12 mağaza yanıb.


Sahibkarlar hadisədən səhər saatlarında xəbər tutublar. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.


Dəymiş ziyanın hələ dəqiq məlum olmadığını deyən sahibkarlar, 400 min manata yaxın məhsulun yandığını bildiriblər.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Onların müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər obyektlərə və yaxınlıqda yerləşən məktəb binasına keçməsinin qarşısı alınıb. Hadisə zamanı FHN-in bir əməkdaşını cərəyan vurub. Vəziyyəti ağır olan həmin şəxsin nitqi tutulub. Hazırda şəxsiyyəti məlum olmayan FHN əməkdaşı xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Bərdə bazarında yanğın -  FOTO / VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər