Ru
10:35 / 05 Avqust 2024

Bərdədə dəhşətli qətl - Qadın qayını tərəfindən öldürüldü - Yenilənib-VİDEO

5223




***

09:06


Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakupost.az -a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

***
10:35


Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.



Bakupost.az -a Bərdə rayon prorurluğundan verilən xəbərə görə, avqustun 5-də saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sədaqət İbrahimovanın öldürülməsi barədə məlumat daxil olub.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar