Ru
17:32 / 19 Noyabr 2018

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

1976
Bakıda bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlanıb.


BakuPost Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi ev 3-a, mənzil 48-də baş verib.


Həmin evdə yaşayan, Gəncə şəhər sakinləri, 1968-ci il təvəllüdlü Alıyeva Ruhəngiz Abduləli qızı, 1933-cü il təvəllüdlü Alıyeva Qəmər Novruz qızı və 2006-cı il təvəllüdlü Sülymanlı Sevinc Musa qızı evlərində huşsuz vəziyyətdə aşkarlanıblar.


Onlar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.


Məlum olub ki, hər 3 şəxs dəm qazından zəhərlənib.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər