Gündüz Abbaszadə futbolçuları biabır etdi - “Çox savadsızdırlar”/ Gündüz

907
"Dünya təcrübəsində ən yaxşı şərhçilər keçmiş futbolçulardır”. 

BakuPost-un məlumatına görə, bunu İctimai Televiziyada "Dikdaban” verilişində idman jurnalisti Gündüz Abbaszadə bildirib. 

G. Abbaszadə buna nümunə olaraq Türkiyə və Rusiyanı göstərib: "Bir var ki, televiziyada yetişən şərhçi, bir də var ki, oyunu analiz etmək qabiliyyəti olan olan insanlar.  Həmin insanlar şərhçinin yanında oturur, hansısa epizodda ona söz verilir. Çünki həmin epizodda məşqçinin nə etmək istədiyini keçmiş futbolçu daha yaxşı izah edə bilər. Amma Azərbaycanda belə futbolçular yoxdur, yetişmir. Barmağımızı qatlasaq, bir, iki nəfər istisnalar var, o istisnalar da təbii ki, qaydanı pozmur. Futbolçular yoxdur ki, karyerasını bitirəndən sonra rahatlıqla dəvət edəsən, müqavilə bağlayasan, televiziyaya dəvət edəsən ki, gəlib işləsin. Məndən inciməsinlər, bunun səbəbi odur ki, bizdə futbolçular çox savadsızdırlar. Yəni futbolçularmız qaydanı çox yaxşı bilir. Bilir ki, oyunun bu epizodunda məşqçi nə etmək istəyir, ancaq bunu tamaşaçıya çatdırmaq lazımdır. Məsələn, mən "Neftçi”də işlədiyim dövrdə komandaya çilili futbolçu gəlmişdi. Biz Avstriyaya təlim-məşq toplanışına gedirdik. Təyyarədə baxdım ki, Nikolas Kanales əlində "11 Trencr” əsərini oxuyur. Mən buna çox təəccübləndim. Azərbaycanlı futbolçular isə təyyarə enməyə başlayanda artıq maşın, "novostroyka” axtarırlar, telefonlar yandırılır. Bu, hamısına aid deyil, istisnalar da var. Məsələn, "Səbail” komandasının qapıçısı Emil Balayev 4 dil bilir, mən bunu təəccüblə qarşılayıram. "Səbail” komandasında Orxan Qurbanlı  600 balla İqtisad Universitetinə qəbul olmuşdu. Amma həmin Orxan Qurbanlı ya təhsil, ya futbol seçməli idi. Bunun səbəbini mən də bilmirəm. Təhsili seçdiyi üçün də hazırda komandada möhkəmlənə bilmir. Ümumiyyətlə, mütaliəsi, dünyagörüşü olan futbolçu meydanda da digərlərindən seçilir. Çünki elə məqam var ki, o anda qərar verməlisən, ya zərbə vurmalısan, ya ötürməni etməlisən. Ani qərar vermək üçün məntiq lazımdır. Mən əminliklə söyləyirəm ki, bu, özünü meydanda göstərir. Mütaliəsi olan futbolçu dərhal seçilir. Məsələn, Kriştianu Ronaldo istedad olaraq dünyaya gəlib. Amma bu istedadı istiqamətləndirmək, dünyagörüşünü artırmaq vacibdir”.

G. Abbaszadə Azərbaycanın ən yaxşı futbolçularından birinin Araz Abdullayev olduğunu qeyd edib: "Araz Abdullayevlə Kriştianu Ronaldonu sırf dünyagörüşü baxımından tərəziyə qoyaq. Ümumiyyətlə, onları tərəziyə qoymaq mümkün deyil. Yəqin ki, Araz Abdullayev bu sözlərimi eşidir və inciməz. Amma həqiqətdə belədir. Araz Abdullayevə həmkarlarımız sual vermişdi ki, Çingiz Abdullayevi tanıyırsınız, demişdi ki, hə, yaxşı şairdir. Sabah mən bu sözü deyən Araz Abdullayevə necə güvənə bilərəm ki, sabah gəlib efirdə futbol oyununu izah, şərh edəcək”.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər