Ru
16:41 / 15 İyul 2019

Boşandığı arvadını deşik-deşik edən şəxsə 13 İL HƏBS

1867
 

Keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin məhkəməsi yekunlaşıb.

 

Bakupost.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Z. Rzayev 13 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib. 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızına 12 bıçaq zərbəsi vurub. O istintaqa bildirib ki, boşandığı arvadı ilə telefonla danışarkən kişi səsi eşidib. Bundan əsəbiləşən Z.Rzayev arvadının işlədiyi salona gələrək, ona 12 bıçaq zərbəsi vurub. Qadın çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər