“Brexit” III dəfə parlamentdə səsverməyə çıxarılacaq

673
Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa Birliyi ilə əldə etdiyi "Brexit” razılaşmasını üçüncü dəfə parlamentdə səsverməyə qoyacaq. BakuPost xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir bu barədə açıqlama ilə çıxış edib. Bildirib ki, əgər millət vəkilləri "Brexit”in uzun müddətlik təxirə salınma riskini almaq istəmirlərsə müqaviləni təsdiqləməlidirlər.
 
Avropa Şurasının sədri Donald Task öz "Twitter” hesabından etdiyi açıqlamada belə deyib: "Əgər Böyük Britaniya "Brexit” strategiyasını yenidən nəzərdən keçirmək və kompromisə gəlmək istəyirsə, üzv olan ölkələrdən Şuranın iclası zamanı uzun müddətlik təxirə salma prosesinin başlanması çağırışını edəcəyəm”.
 
Qeyd edək ki, "Brexit” müqaviləsi 2 dəfə səs verməyə qoyulsa da parlament tərəfindən qəbul edilməyib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər