Ru
14:40 / 27 İyun 2019

Millət vəkilləri tualetdə kokain çəkir Britaniya parlamentində qalmaqal:

2189

 

Londonda Britaniya Parlament binasının tualetində kokain izləri tapılıb.

 

Narkotik testi ilə bağlı araşdırma VICE jurnalının ingilis şöbəsindən jurnalistlər tərəfindən aparılıb.


Bakupost xarici KİV-lərə istinadən xəbər verir ki, jurnalistlər kokainə toxunduqda rəng dəyişdirən xüsusi hazırlanmış nəm salfetin köməyi ilə parlament binasında baxdıqları doqquz tualetdən dördündə, həmçinin, deputatların əyləşdiyi ofislərdə narkotik  tapıblar.


Kokainin izlərinə ən çox yalnız yüksək rütbəli rəsmilər, məclis yığıncağının jurnalistləri, millət vəkilləri əyləşən ofislərdə rast gəliblər.


Ən böyük rəzalət isə bu araşdırmadan dərhal sonra, bir neçə siyasətçi narkotik istifadə etdiyini etiraf edib.


Baş nazir postuna namizəd  Boris Conson isə ilk dəfə 19 yaşında ikən kokain çəkdiyini söyləyib.

 

Ülviyyə Mirzəyeva

BakuPost

 
Millət vəkilləri tualetdə kokain çəkir Britaniya parlamentində qalmaqal:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər