Ru
15:39 / 31 Oktyabr 2018

“Bu damğa deyil, həyatın sınağıdır” - Təranə Səmədova

“Bu damğa deyil, həyatın sınağıdır” -  Təranə Səmədova
Eye

İnsan alverində təqsirləndirilən və ötən gün həbs olunan tanınmış prodüser Təranə Səmədovanın bir neçə ay bundan əvvəl verdiyi müsahibə sosial şəbəkələrdə yayılıb.

 

BakuPost xəbər verir ki, o, ilk dəfə CVN TV-yə müsahibəsində adının qadın alverində hallanması ilə bağlı danışıb.:



"Bu barədə heç vaxt danışmamışam, zaman hər şeyin dərmanıdır. Tənha anayam, qız övladı böyüdürəm. Heç vaxt sınmamışam, ağlamamışam. Mətbuatda xəbərləri oxuyanda çökdüm. Anam gəlib çiynimdən tutub dedi ki, sən nələrin öhdəsindən gəlmisən. Söylədim ki, mən bu damğanın altından necə çıxacam? Anam cavab verdi ki, sən möhkəm olmusan, yenə belə qalacaqsan. Bu damğa deyil, həyatın sınağıdır. Sevinənlər bu işlə məşğul olanlardır ki, tək bizim yox, Təranənin də adı belə şeylərdə hallanır. Bu işin sahibiyimdimsə, niyə banklara borcum var? Ölkədən çıxışıma niyə qadağa qoyulub? Hər halda bu işi görsəydim, banklara borcum olmazdı, maşını əlimdən almazdılar”. 



Qeyd edək ki, ötən gün Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub,  Bakı İstintaq Təcridxanasına köçürülüb. 




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar