Nəsimi rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq.
BakuPost-a bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin istismara verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 28 yanvar 2020-ci il tarixində gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.