Ümummilli lider Heydər Əliyevin qızı və Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Şuşanın azad edilməsi ilə bağlı sevincini bölüşüb.
Sevil Əliyeva Prezident İlham Əliyevin 8 noyabrda Şuşanın azad edilməsi münasibətilə Azərbaycan xalqına müraciətini heyranlıqla dinlədiyini bildirib:
“Mən də inanılmaz sevinc yaşayıram. Çünki bu gün ailəmiz üçün xüsusidir. Bu gün valideynlərimizin – Zərifə və Heydər Əliyevin toy günüdür. Qardaşım – Azərbaycan Prezidenti İlham Əliyevə bu müqəddəs tarixi bizim üçün belə böyük bir hadisə – Şuşanın azad edilməsi ilə qeyd etdiyinə görə hədsiz dərəcədə minnətdaram. Hamımızı təbrik edirəm!"
ALLAH HAR ikiniza Rahmat etsin H.Aliyev..Zarifa xanlm,,qarslnlzda bas ayiram..sizin Oglunuzun Sadiq asqari Nadir Taqiyev Qazaxll