Bu gün Sumqayıtın bu ərazilərində qaz olmayacaq

229
Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Sumqayıt Qaz İstismarı Sahəsindən Bakupost-a verilən məlumata görə, Sülh küçəsində yeni çəkilmiş polietilen qaz kəmərinin işlək qaz kəmərinə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında fasilə yaranacaq.

Belə ki, bu gün səhər saat 9:00-dan 17:00-dək şəhərin 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 15, 16, 17, 18, 19, 22, 29, 30, 34, 45-ci məhəllələrində, 1, 5, 6-cı mikrorayonlarında, "Betonzavod” ərazisi və "İnşaatçılar” qəsəbəsində qaz təchizatı dayandırılacaq.
Aparılan təmir işləri yekunlaşdıqdan sonra təbii qazın verilişi təmin ediləcək.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər