Ru
00:05 / 21 Fevral 2019

Bu gündən Azərbaycanda Boz ay başlayır

3453
Xalq inancına görə,
bu gecədən etibarən Azərbaycanda Kiçik çillə başa çatır və Boz ay başlayır. BakuPost-un məlumatına
görə, Boz ay Novruz bayramından əvvəl bir ayı əhatə edən dövrə verilən addır.
Xalq arasında bu dövrə boz ayla yanaşı, "alaçalpo(v)”, "çilləbeçə”lər,
"ağlar-gülər ay” da deyirlər. Ayın bu cür adlandırılması onun buludlu, yağışlı,
küləkli, bəzən də günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır. Qədim türklərin
inancına görə, qış fəsli Böyük çillə, Kiçik çillə və Boz ay olmaqla, üç hissəyə
bölünür. Böyük çillə 40 gün, Kiçik çillə 20 gün, Boz ay 30 gün davam edir. Boz
ayın bitməsi ilə elimizə Novruz qədəm qoyacaq. Buna görə də Boz aya "bayram
ayı” da deyir və onu Novruz çərşənbələrinin müjdəçisi adlandırırlar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər