Ru
18:42 / 17 İyul 2019

Bu il Azərbaycanda 655 məhkum cəza çəkməkdən azad edilib

1913
 

Bu ilin 6 ayı ərzində Azərbaycanda 655 məhkum cəza çəkməkdən azad olunub. 


Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində 2019-cu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində bildirilib.


Qeyd olunub ki, Cinayət Məcəlləsində dəyişikliklərə dair Qanunun icrası davam etdirilib. Penitensiar müəssisələrdə cəza çəkən 6549 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib. Məhkəmə qərarları əsasında 655 məhkum cəza çəkməkdən azad olunub, 2512 məhkumun cəza müddəti azaldılıb, 437 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib.


Hesabat dövründə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 385 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Penitensiar Xidmətin əməliyyat aparatının təşəbbüslü məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş odlu və soyuq silah, habelə sursat götürülərək aidiyyəti orqanlara təhvil verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər