Bu il Bakı məktəblərinə 40 milyon manat ayrılıb

262
BŞTİ-nin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 23 840 uşaq məşğələlərə cəlb olunub.

Bakupost xəbər verir ki, bu barədə BŞTİ-nin 2018-2019-cu il statistikasında məlumat veriib.

Paytaxtdakı ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsinin 168 sinfində "Sağlam təhsil” sinifləri fəaliyyət göstərib.

Həmçinin cari tədris ilində paytaxtdakı 15 məktəbdə 21 "Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.  

2018-2019-cu tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş müəssisələrin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 2 nömrəli Texniki-humanitar liseyin və 8, 28, 187, 192, 227, 295 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

Prezident "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında”, "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” və "Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında”  sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlərə  18  milyon manat, Bakı şəhəri və paytaxt qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmirinə 40 milyon manat, Azərbaycanda təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat vəsait ayrılıb.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər