Bu il XI sinfi 2818 şagird bitirəcək - Sumqayıtda

225
2018-2019-cu tədris ilində Sumqayıt Şəhəri Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 3763 , XI siniflərini 2818 nəfər bitirəcək.

Bu barədə  Sumqayıt Təhsil Şöbəsindən bildirilib.

Məlumata görə, Sumqayıtda 6124 nəfər I sinfi başa vuracaq.Hazırda Sumqayıt şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 55478 şagird təhsil alır. Şöbənin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 4094 müəllim işləyir.

Qeyd edək ki, Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyində 46 ümumi təhsil məktəbi, 3 lisey, 1 gimnaziya fəaliyyət göstərir.(apa)

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər