Ru
09:20 / 21 Avqust 2019

Bu qurum da büdcədən maliyyələşəcək - QƏRAR

3287
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında qərara dəyişiklik edilib.


Bakupost xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.


Qərara görə, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın "Büdcədən maliyyələşdirilən qurumlar” hissəsinə əlavə edilib.


Qeyd edək ki, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi bu ilin yanvarında yaradılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər