Ru
10:32 / 31 Mart 2019

Bu xanım prezident oldu - Ölkə tarixində ilk - FOTOLAR

5662

Vəkil Zuzana Çaputova Slovakiyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

BakuPost xəbər verir ki, o, seçkilərə qatılmış 99,96% seçicinin 58,38%-nin səsini toplayıb. Çaputovanın rəqibi Maroş Şefçoviç isə 41,62% səslə məğlubiyyətlə barışıb.

Qeyd edək ki, Zuzana Çaputova Slovakiyanın ilk qadın prezidentidir. Onu rəqibi Şefçoviç, hazırkı prezident Andrey Kiska təbrik edib.

 

Çaputova prezident kimi vəzifəsinin icrasına iyunun 15-də Kiskanın səlahiyyət müddəti bitəndən sonra başlayacaq.

 

Bu xanım prezident oldu - Ölkə tarixində ilk -  FOTOLAR
Bu xanım prezident oldu - Ölkə tarixində ilk -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər