Ru
16:16 / 20 Avqust 2019

“Bütün dünya Qarabağı Azərbaycanın hesab edir” - SAAKAŞVİLİ

5058
"Qarabağ Azərbaycandır! Bu mövqe dəyişməyib və dəyişmir".


Bunu Media.Az-a Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib. 


"Yeni Qüvvələr Hərəkatı" partiyasının lideri bildirib ki, bütün dünya Qarabağı Azərbaycanın hesab edir. O, Qarabağı Ermənistana "daxil edən" Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarına münasibət bildirib."Bir daha təkrar edirəm: bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, birinci. İkinci, ümid edirəm ki, Qafqazda yeni müharibə baş verməyəcək ", - deyə Mixeil Saakaşvili qeyd edib.


Mixail Saakaşvili Gürcüstana səfər planları barədə suala cavabında bildirib ki, Gürcüstanda 2001-ci ildə qurucusu olduğu Vahid Milli Hərəkat (VMH) partiyası fəaliyyət göstərir. "Amma siz başa düşməlisiniz ki, indi Gürcüstanda normal demokratiya yoxdur. Odur ki, bu, (Gürcüstana gəliş – red.) o qədər də asan deyil. Mən məmnuniyyətlə heç olmasa indi gedərdim. Lakin mən mümkün qan tökülməsindən, digər ölkələrin birbaşa hərbi müdaxiləsindən qaçmaq istəyirəm. Oliqarxdan qorxmuram (Bidzina İvanişvilini nəzərdə tutulur – Red.). Amma partiyamız fəal işləyir, orada gənclər çoxdur. Biz daim təmasdayıq", - deyə Mixail Saakaşvili bildirib.                                                   
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər