Üç uşaq anasının öldüyü dəhşətli qəza - VİDEO

  • 13:30
  • 888 Baxış
Üç uşaq anasının öldüyü dəhşətli qəza -  VİDEO
Bakının mərkəzində - Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, Muzey Mərkəzi binasının arxasında yol-nəqliyyat hadisəsi baş vermişdi.




Bakupost "avtosfer.az”a istinadən xəbər verir ki, "Hyundai Tucson” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın ağaca çırpılıb. 40 yaşlı Könül Abbaslı hadisə yerində ölüb.




Avtomobilin sükanı arxasında K.Abbaslının dayısının həyat yoldaşı olub. Maşında cəmi dörd nəfər olub. Üç nəfər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.




Qeyd edək ki, ölən qadın üç uşaq anasıdır.