Ru
17:54 / 18 İyul 2019

Cahangir Hacıyevin vəkilinin fərdi vəkillik hüququ ləğv edildi

3259
 

Tanınmış vəkil Aqil Layıcın fərdi vəkillik fəaliyyətinə xitam verildi.

 

Bakupost.az-ın məlumatına görə, vəkil bildirib ki, Vəkillər Kollegiyasının dünən keçirilən iclasında onun fərdi vəkil kimi fəaliyyətimə xitam verilib.

 

"Vəkillər Kollegiyasının iclasına dəvət olunmuşdum. Üzrlü səbəblərə görə iştirak edə bilmədim. Bu gün eşitdim ki, iradəm və xahişim olmadan 20 saylı Vəkil Burosuna vəkil təyin edibər. Bununla bağlı qeyd etmək istəyirəm ki, Vəkillik fəaliyyətini tənzimləyən sahəvi qanunda fərdi vəkilliyin ləğv edilməsinin hüquqi əsası yoxdur. Fərdi vəkilin digər büroya təhkim olunması ancaq onun vəsatəti əsasında ola bilərdi. Lakin mənim belə bir xahişim/vəsatətim olmamışdır. Nəticə olaraq mənim statusumun dəyişdirilməsi qanuna ziddir və hüquqi əsası yoxdur".

 

Vəkil hesab edir ki, seçim imkanı verilmədən harasa təhkim etmək, vəkillərin müstəqilliyi institutuna ziddir: "Hər il onlarla insana pulsuz hüquqi yardım etmişəm və bu hüquqi yardım əsasən də faktiki olaraq məhkəmələrdə uğurla nəticələnib. Belə olan halda fərdi vəkil statusumun alınması ən çox da hüquqi yardıma çatımlılığı və effektliyi yox edəcək. İndiyədək bir dəfə də olsun hər hansı bir vətəndaş, mənim fəaliyyətimlə bağlı Kollegiyaya şikayət etməyib. Ona görə də vəkilliyin adını yüksək tutduğum qənaətindəyəm və mənə qarşı olan bu qərarı dəstəkləmirəm. Təsəvvür edin ki, fərdi vəkil institutu qanunda qalmasına baxmayaraq, bu hüquqdan məni məhrum edirlər".

 

Qanundan çıxarış: Maddə 5-Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir. 

 

Qeyd edək ki, A.Layıc Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin vəkilidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər